Gündəm / Siyasət / Cəmiyyət
08:52, 28 Eylül 2022
0

İranda zorakılıq PİK HƏDDƏ: çox sayda ölən var

İranda zorakılıq PİK HƏDDƏ: çox sayda ölən var


İranda kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqlənib.

Globalpress.az xəbər verir ki, bu İran İnsan Haqları Təşkilat ı sentyabrın 25-nə olan hesabatında deyilir.

Təşkilat ölkənin əksər əyalətlərini bürüyən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən 76 nəfərin adını açıqlayıb.

Hesabata görə, Mazandaran əyaləti 25, Qərbi Azərbaycan, Gilan və Kürdüstan əyalətləri hər birində 10 nəfər itki olmaqla siyahıda ilk yerləri tuturlar.

Yayılan videolarda bir neçə şəhərdə repressiz qüvvələrini dinc etirazçılara odlu silahlardan atəş açdıqları görünür.

Xatırladaq ki, İran televiziyası sentyabrın 24-də rəsmi məlumatlara istinadla İran rəsmilərinin iğtişaşçı adlandırdığı 41 nəfərin öldüyü barədə məlumat yaymışdı.

İnsan haqları təşkilatları internetə qoyulan məhdudiyyətlər səbəbindən məlumatların gec yayıldığını və ölü sayının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər.
Digər xəbərlər: