Gündəm / Hadisə / Dünya
22:22, 01 May 2023
0

Fransada yenidən etirazlar başladı

Fransada  yenidən  etirazlar  başladı


Globalpress.az xəbər verir ki, Parisdə Beynəlxalq Əmək Günü münasibətilə baş verən iğtişaşlar zamanı etirazçılar şəhərin müxtəlif yerlərində yanğınlar törədiblər.

Ölkədəki pensiya islahatına qarşı nümayişin iştirakçıları yenidən qurulan Millət meydanındakı tikinti materiallarını yandırıblar.

Yanğın sürətlə yayılıb. Polis binanın ətrafını mühasirəyə almağa məcbur olub və yanğını su şırnaqları ilə söndürməyə başlayıb. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları yanğını söndürməyə nail olublar.

Şəhərin digər ərazilərində isə etirazçılar zibil qutularına od vurublar.
Digər xəbərlər: