Gündəm / Siyasət / Dünya
Fransada keçirilən etiraz aksiyasında ümumilikdə 2,8 milyon nəfər iştirak edib
Bu gün Parisdə pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyasında iştirak edənlərin sayı 87 min nəfər təşkil edib.
Globalpress.az xarici KİV-lərə istinadla xəbər verir ki, aksiyalar Fransanın Lion, Renn, Ruen, Marsel, Nant və Monpelye kimi şəhərlərində də keçirilib. Etirazlarda ümumilikdə 2,8 milyon nəfər iştirak edib. Yanvarın 19-da isə bu rəqəm 2 milyon idi.
Hakimiyyət nümayişçilərin ümumi sayı barədə rəsmi rəqəmləri hələ ki açıqlamayıb.
Son məlumatlara görə, Parisdə nümayiş başlamazdan əvvəl 30 nəfər saxlanılıb, lakin onların sayı arta bilər. Belə ki, yürüş iştirakçıları iki saatdan çox polislə toqquşub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişəng və butulkalar atıb, həmçinin zibil qutularını yandırıblar. Polis və jandarm etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Daha çox xəbər:

“Sarı jiletlilər” əl çəkmir - 30 nəfər saxlanıldı, polis və jurnalist yaralandı

Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı - FOTO

Azərbaycanda neçə nəfər vaksinasiya edilib? - RƏSMİ

Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı daha da artdı - FOTO

Fransada genişmiqyaslı aksiyalar - Mağazalar yandırıldı