Gündəm / Cəmiyyət
18:42, 19 Nisan 2023
0

Fox News" yalan xəbərə görə təzminat ÖDƏYƏCƏK

Fox News" yalan xəbərə görə təzminat ÖDƏYƏCƏK


ABŞ-ın “FOX News” telekanalı Kanadanın səsvermə maşın istehsalçısı “Dominion Voting Systems” şirkətinə məhkəmədənkənar təzminat olaraq 787,5 milyon dollar ödəməyə razılaşıb.

Globalpress.az xarici mediaya istinadən xəbər verir ki, şirkət Donald Trampın prezident seçkilərində uduzmasında saxtakarlıq edildiyini iddia etdiyi üçün yayımçını məhkəməyə verib.

Telekanal “Dominion” haqqında bəzi iddiaların yalan olduğunu etiraf edib.

Qeyd edək ki, “Dominion Voting Systems” 2021-ci ilin martında “FOX News”u məhkəməyə verib. İlkin olaraq şirkət 1,6 milyard dollar məbləğində təzminat tələb etsə də, sonda tərəflər bunun yarısını ödəməyə razılaşıblar.

Məlumata görə, 2021-ci ilin fevralında “Smartmatic” təşkilatı telekanalı genişmiqyaslı dezinformasiya kampaniyası aparmaqda ittiham edib və ondan 2,7 milyard dollar məbləğində təzminat tələb edib.

Xatırladaq ki, “FOX News” Baydenin prezident seçkilərində qalib gəldiyini elan edən ilk Amerika mediası olub. Ancaq sonrakı həftələrdə telekanalın aparıcıları nəticələri şübhə altına alıb.
Digər xəbərlər: