Gündəm / İqtisadiyyat / Dünya
12:18, 23 Mart 2023
0

İran təzminat ödəməlidir

İran  təzminat  ödəməlidir


ABŞ-da Nyu-Yorkun federal hakimi İranı 1,68 milyard dollar təzminat ödəməyə məhkum edib.


Globalpress.az xəbər verir ki, hakim, 1983-cü ildə Livanda ABŞ dəniz piyadaları bazasının partladılması nəticəsində həlak olan hərbçilərin ölümündə rəsmi Tehranı təqsirli bilib.

Hakimi Loretta Perska deyib ki, federal qanuna əsasən, İran Mərkəzi Bankının suveren toxunulmazlığı 2019-cu ildə ləğv edilib.

Xatırladaq ki, 23 oktyabr 1983-cü ildə 241 Amerika dəniz piyadasının kazarması yaxınlığında avtomobil partladılıb. 2007-ci ildə federal məhkəmədə İrana qarşı 2,65 milyard dollarlıq təzminat qərarı çıxarılıb.

İran Mərkəzi Bankı dəfələrlə bildirib ki, bu şikayət xarici hökumətləri təqibdən qoruyan “Xarici dövlətlərin toxunulmazlığı haqqında qanun” çərçivəsində etibarlı deyil.
Digər xəbərlər: