Gündəm / Siyasət / Cəmiyyət
11:23, 11 Nisan 2023
0

Bu görüş Vaşinqtonda olacaq

Bu  görüş  Vaşinqtonda  olacaq


“İlham Əliyev və Nikol Paşinyan arasında növbəti görüş Vaşinqtonda olacaq”.
Globalpress.az xəbər verir ki, bu barədə “Past” nəşri Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yazır.


“Onlar həqiqətən də Əliyev-Paşinyan görüşünü Brüsseldə keçirmək istəyirlər. Lakin bu görüş mayın ikinci yarısına Vaşinqtonda planlaşdırılıb.

Avropa Şurasının rəhbəri Şarl Mişel Ermənistan və Azərbaycan başçıları ilə son söhbətlərində daim ölkələr arasında münasibətlər və danışıqlar, sərhəd insidentləri ilə bağlı məsələləri qaldırır.

Amma Vaşinqton platformasında danışıqları davam etdirmək üçün tərəflərin mövqeləri üst-üstə düşür. Mənbə deyir ki, görüşün təşəbbüskarı olan ABŞ dövlət katibi Entoni Blinken bu kontekstdə çox fəal işləyir”, – deyə nəşr bildirib.
Digər xəbərlər: