Gündəm / Siyasət / Cəmiyyət
Bu gün Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq
Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Globalpress.az xəbər verir ki, İlham Əliyev və Nikol Paşinyanın görüşdə tərəflərin sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif etdiyi məqamları müzakirə edəcəkləri gözlənilir.
Habelə, münasibətlərin tənzimlənməsi və ya sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması məsələləri, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması məsələləri gündəmdə olacaq.
Qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub.
Daha çox xəbər:

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib

Amerikalı səfirdən Bakı və İrəvana çağırış...

İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub - Nələr müzakirə edilib?

Prezident İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub

Şarl Mişel: Cənubi Qafqazın təhlükəsizliyinə göstərilən səylərə dəstəyimiz tamdır