Gündəm / Cəmiyyət / İdman
Loqo ✕ GÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANKRİMİNALDÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI "Qalatasaray"ın prezidenti Azərbaycana təşəkkür etdi

Türkiyə "Qalatasaray"ının prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkür edib.
Globalpress.az "Report" - a istinadən xəbər verir ki, bununla bağlı funksionerin adından klubun rəsmi tviter hesabında təşəkkür məktubu paylaşılıb.
"Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz ve əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu ve icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ve xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ ve İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram", - məktubda qeyd olunub.
Xatırladaq ki. qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Daha çox xəbər:

Əminə Ərdoğan humanitar yardıma görə Mehriban Əliyevaya təşəkkür etdi

Prezident İlham Əliyev 21 yaşlı gənci sevindirdi - Təşəkkür VİDEOSU

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi

Ərdoğan Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür etdi

Ərdoğanın xanımı Hatayda baş verən zəlzələlərlə bağlı paylaşım etdi