Gündəm / İqtisadiyyat / Dünya
İsveçrənin ən böyük bankı Rusiyanın 19 milyard dollarlıq aktivlərini dondurub
İsveçrənin ən böyük maliyyə konqlomeratı “Credit Suisse” Rusiyanın 17,6 milyard İsveçrə frankı (19 milyard dollardan çox) məbləğində aktivlərini dondurub.
Bloklanan Rusiya aktivlərinin yalnız 4 milyard frankı İsveçrənin sanksiyalar siyahısına daxil edilmiş şəxslərə məxsusdur. Qalan 13,6 milyard isə digər dövlətlərdə sanksiyalara məruz qalmış şəxslərə aiddir.
Bildirilir ki, bu məbləğə Rusiya Mərkəzi Bankının vəsaitləri də daxildir.
Xatırladaq ki, bu həftə Avropa İttifaqının (Aİ) hüquq xidməti faktiki olaraq təsdiqlədi ki, Rusiya Mərkəzi Bankının 258 milyard dollarlıq “dondurulmuş” aktivlərinin 86%-nin harada yerləşdiyini bilmir.
Daha çox xəbər:

Rusiyanın 300 milyard dolları Ukraynaya verildi

ABŞ Konqresi 738 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

Dövlət Neft Fondu Türkiyə Mərkəzi Bankına 1 milyard avroluq depozit yerləşdirib

Litva Rusiya və Belarusun 85 milyon avrodan çox aktivlərini dondurur

G7 ölkələri 2023-cü il üçün Ukraynaya maliyyə yardımının həcmini açıqladı