Gündəm / Sosial / Mədəniyyət
16:05, 20 Mart 2023
0

Kamran Əliyev İlyas İsmayılovla görüşdü

Kamran Əliyev   İlyas İsmayılovla  görüşdü


Martın 20-də Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.
Globalpress.az- ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Kamran Əliyev Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Görüş zamanı Kamran Əliyev və İlyas İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

Digər xəbərlər: