Gündəm / Siyasət / Dünya
21:18, 06 Mart 2023
0

Markov: "Azərbaycan Laçında gömrük postunun yaradılmasını tələb edəcək və Rusiya onu dəstəkləyəcək"

Markov: "Azərbaycan Laçında gömrük postunun yaradılmasını tələb edəcək və Rusiya onu dəstəkləyəcək"


“Azərbaycan Laçın dəhlizində tamhüquqlu hərbi gömrük postunun yaradılmasını tələb edəcək və Rusiya onu dəstəkləyəcək”

Globalpress.az- ın məlumatına görə,bu barədə rusiyalı politoloq Sergey Markov teleqram kanalda yazıb.
“Qarabağda hərbi toqquşma baş verdi. 3-ü Ermənistandan, 2-si Azərbaycandan olmaqla 5 nəfər öldü.

Hadisənin məntiqinə baxaq:
1. Laçın yaxınlığındakı yolda yerləşən Azərbaycan ekoloji postu Ermənistana Qarabağa silah ötürməyə imkan vermir.

2. Buna görə də Ermənistan başqa marşrutla silah ötürməyə başladı.

3. 10.11.2020-ci il tarixli razılaşmaya əsasən, Ermənistanın başqa yollardan istifadə etmək hüququ yoxdur, Qarabağda öz ordusuna sahib olmaq hüququ yoxdur.

4. Ona görə də Azərbaycan Ermənistandan Qarabağa gedən silahla dolu maşını saxladı.

5. Atışma baş verdi.

6. İndi Azərbaycan görünür, bu yolda tamhüquqlu hərbi gömrük postunun yaradılmasını tələb edəcək. Və görünür ki, qoşunların və silahların başqa yollarla daşınmasının qarşısını almaq üçün öz qoşunlarını gücləndirəcək.

7. Rusiya Azərbaycanı daha çox dəstəkləyəcək. Çünki Ermənistan getdikcə daha çox Rusiyanın düşmənlərinə doğru irəliləyir. Ermənistan AB-nin 100 nəfərlik hərbi-mülki missiyasını, əslində isə NATO-nun desantını təzəcə regiona gətirib. Yeganə məqsəd Rusiyanı sıxışdırıb çıxarmaqdır”, – deyə politoloq bildirib
Digər xəbərlər: