Gündəm / Siyasət / Cəmiyyət
Laçın dəhlizi bağlanmamalıdır – Ekspert izah etdi
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Laçın dəhlizinin bağlanması tələblərinin qəribə səslənməsi” barədə açıqlamasına politoloq Elxan Şahinoğlu dəstək verib.
Globalpress.az xəbər verir ki, o, T.Zülfüqarovun tamamilə haqlı olduğunu bildirib.
“Söhbət yolun bağlanmasından deyil, nəzarətə götürülməsindən, yolun sonunda Azərbaycan gömrük və sərhəd postunun yaradılmasından gedir. “Yol bağlanmalıdır” ifadəsi ermənilərin əlinə bəhanə verir ki, guya Azərbaycanın məqsədi Qarabağı mühasirədə saxlamaqdır. Məqsəd bu deyil, əsas vəzifə həmin yolda nəzarət postları yaratmaqla, Ermənistandan Qarabağa silah, hərbi texnika, minaların daşınmasının, cinayətkarların, o cümlədən Azərbaycan vizası olmayan xarici ölkə vətəndaşlarının ərazimizə qanunsuz keçidinin qarşısını almaqdır. Zəngəzur dəhlizinin açılmasını gözləmədən Azərbaycan büdcəsi hesabına tikilən və ərazimizdən keçən yolun nəzarətə götürülməsi başlıca vəzifəmiz olmalıdır”, - o qeyd edib.
Daha çox xəbər:

XİN-dən Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı iddialarına CAVAB

Yeni Laçın dəhlizinin xərcini hansı dövlət çəkəcək? - Açıqlama

Prezidentlər Zəngəzur Dəhlizində yeni yolun təməlini qoydular - FOTO

Əgər Nikol Zəngəzur dəhlizinə imkan verməsə... - Markov

Naxçıvana yolun açılması vacibdir - Rusiya rəsmisi