Gündəm / Siyasət / Dünya
Qərbdə Azərbaycana baxıb deyirlər ki... - Markov
Ermənistan Laçın yolundakı vəziyyətdən böyük qalmaqal çıxarmağa çalışır. Amma heç nəyə nail ola bilməyəcəklər. Bəli, İrəvan hamıya şikayət edir, lakin nəticədə heç nə onların xeyrinə bitmir. Qərb dövlətləri, məsələn, Fransa tərəfindən Azərbaycan əleyhinə qətnamələr qəbul ediləndə belə onlar kağız üzərində qalır, proses bundan irəli getmir. Üstəlik, qətnamələr sadəcə olaraq məsləhət xarakteri daşıyır. Yeri gəlmişkən, gördüyümüz kimi, Rusiya Azərbaycana qarşı hər hansı tənqidi ifadələr işlətməyə imkan vermir. Məsələn, dekabrın sonunda BMT Təhlükəsizlik Şurasında Laçın yolu ilə bağlı antiazərbaycan qətnamənin qəbul edilməsinə mane oldu.
Globalpress.az xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
“Ermənistan hay-küy salır, Azərbaycanın “mənfi imicini” təbliğ etməyə çalışır. Bu da aydındır, çünki İrəvan indi Laçın yolu ilə silah daşıya və mədənləri talan edə bilmir. Eyni zamanda, amerikalılar, fransızlar, Avropa Birliyi Azərbaycandan nəsə tələb etməyə, təzyiq etməyə çalışır, lakin Bakı hamısının lazımi cavabını verir. Hamı baxıb fikirləşir, afərin azərbaycanlılara, güclüdürlər. Görün, Fransanı necə yerində oturtdu. Bu gün antiazərbaycan qətnamələri Azərbaycanın imicinə zərər vurmur, əksinə, onu daha çox gücləndirir”, - o bildirib
Daha çox xəbər:

Sergey Markov: “Azərbaycana mina xəritələrinin verilməməsi cinayət aktıdır”

Sergey Markov: “Şuşa Azərbaycanın turizm incilərindən birinə çevriləcək”

Qarabağın Bakının nəzarətində olmayan hissəsi Azərbaycana qayıdacaq" - Rusiyalı politoloq

Əgər Nikol Zəngəzur dəhlizinə imkan verməsə... - Markov

Azərbaycan Ordusu sakitcə Xankəndiyə girəcək - Rusiyadan açıqlama