Gündəm / Siyasət / Cəmiyyət
18:43, 05 Aralık 2022
0

Azərbaycan Laçın dəhlizində gömrük postu quracaq

Azərbaycan Laçın dəhlizində gömrük postu quracaq


Şərti Azərbaycan-Ermənistan sərhədində gömrük məntəqəsi təchiz ediləcək.
Bu barədə Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin komandanı Andrey Volkov açıqlayıb.
Volkovun sözlərinə görə, Rusiya ilə razılaşdırma əsasında Azərbaycan tərəfi Laçın dəhlizində mini-gömrük postu quraşdıracaq: "Azərbaycan tərəfi ilə razılaşmışıq ki, mini gömrük postu quraq".
Qeyd edək ki, sözügedən gömrük postu Laçın dəhlizindəki 1 nömrəli buraxılış məntəqəsində, yəni şərti Azərbaycan-Ermənistan sərhədində yerləşən Həkəri çayı üzərində quraşdırılacaq.
Müvafiq olaraq, Volkovun göstərdiyi gömrük məntəqəsi Azərbaycanın müvafiq dövlət strukturlarına tabe olacaq.
Digər xəbərlər: