Gündəm / Siyasət / Dünya
19:40, 20 Şubat 2023
0

Aİ Ermənistanda iki illik missiyaya BAŞLADI

Aİ Ermənistanda iki illik missiyaya BAŞLADI


Aİ Ermənistanda iki illik missiyasının başladığını elan edib.

Globalpress.az xəbər verir ki, bu barədə Avropa Şurasının press-relizində məlumat verilib.


Avropa İttifaqı (Aİ) bazar ertəsi Ermənistanda iki il müddətinə mülki missiyasının (EUMA) işə başladığını elan edib.

“Avropa İttifaqı bu gün ümumi təhlükəsizlik və müdafiə siyasətinin bir hissəsi kimi Ermənistanda Aİ-nin mülki missiyasına başlayır”, – deyə Şuradan bildirilib.

Aİ qeyd edir ki, missiyanın tərkibində 50-yə yaxın silahsız müşahidəçi də daxil olmaqla 100 nəfər adam olacaq.

Onun operativ qərargahı Yexeqnadzorda yerləşəcək. Mülki əməliyyatın komandiri Aİ Xarici İşlər Xidmətindən Stefano Tomat, missiyanın rəhbəri Markus Ritter olacaq.

Daha əvvəl xəbər verildiyi kimi, 2023-cü il yanvarın 23-də Avropa Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində iki il müddətinə Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması barədə qərar qəbul edib.

Missiyanın bəyan etdiyi məqsəd Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək və Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün Aİ tərəfindən əlverişli mühiti təmin etməkdir.

Yexeqnadzorda Aİ Monitorinq Missiyasının (EUMA) Baş Qərargahının rəsmi açılışı olub
Digər xəbərlər: