Gündəm / Siyasət / Dünya
Baş nazir Mitsotakis: "Bu gün münaqişə vaxtı deyil, Yunanıstan Türkiyənin yanındadır"
“Yunanıstan Türkiyənin yanındadır”.
Globalpress.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.
“Afina Türkiyə hakimiyyəti ilə əməkdaşlıq edərək dağıdıcı zəlzələlərin nəticələrini aradan qaldırmağa dəstək verir”, – deyə Baş nazir bildirib.
Mitsotakis xatırladıb ki, Yunanıstan Türkiyəyə yardım etməyə hazır olduğunu ilk bəyan edən ölkələrdən olub.
“Şərtlər çox çətindir, lakin biz Türkiyə hakimiyyəti ilə sıx əməkdaşlıq edirik.
Bu gün münaqişə vaxtı deyil. Diqqət insanların xilasına yönəlməlidir.
Yunanıstan bu dəhşətli faciənin nəticələrinin aradan qaldırılmasında Türkiyənin yanında olmağa davam edəcək” , – Mitsotakis deyib.
Daha çox xəbər:

Yunanıstanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verib

Əli Əsədov: "Azərbaycan bu çətin məqamda Türkiyənin yanındadır"

"Biz hamımız türkük" - Yunanıstan Fransaya CAVAB VERDİ

Ərdoğan: "Belə bir çətin gündə Azərbaycan Türkiyənin yanındadır"

Türkiyənin daxili işlər naziri Azərbaycana təşəkkür edib