Gündəm / Siyasət / Dünya
"Biz hamımız türkük" - Yunanıstan Fransaya CAVAB VERDİ
Yunanıstan Türkiyəyə görə Fransaya cavab verib.
Globalpress.az xəbər verir ki, Fransanın “Charlie Hebdo” jurnalı episentri Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələlərlə bağlı karikatura yayıb və bu, ictimaiyyət arasında hiddətə səbəb olub.
“Charlie Hebdo” Türkiyədə baş verə ölümcül zəlzələnin qurbanlarına lağ etdikləri karikaturaya görə qınanılıb və qeyri-insanilikdə ittiham olunub.
“Türkiyədə zəlzələ” başlıqlı karikatura dağılmış evlərin və aşmış avtomobillərin cizgilərini ehtiva edib və “Daha tank göndərməyə ehtiyac yoxdur” başlığı ilə dərc edib.
Sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasından sonra “Charlie Hebdo” karikaturanı “Günün cizgiləri” adlandırıb.
Fransızlara cavab isə yunanlardan gəlib.
Yunanıstanın Kathimerini qəzeti Charlie Hebdo-nun Türkiyədəki zəlzələ ilə bağlı karikaturasına cavab olaraq paylaşdığı rəsmin üzərində “Biz hamımız türkük” yazıb.