Gündəm / Siyasət / Dünya
Türkiyənin daxili işlər naziri Azərbaycana təşəkkür edib
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.
Globalpress.az Türk mətbuatına istinadən xəbər verir ki, nazir bildirib ki, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan Türkiyəyə yardım göstərib:
"Bütün fəlakətlər, o cümlədən meşə yanğınlarında qardaş Azərbaycanın dəstəyi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və işimizə görə bizi rahatlaşdırır. İlk gələn ölkə Azərbaycan oldu. Hal-hazırda çox əhəmiyyətli bir yerdə axtarış-xilasetmə işlərini davam etdirir və eyni zamanda xidmətləri ilə millətimizin qəlbinə böyük bir istilik verir. Çox sağ olun".
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycandan qardaş Türkiyə 420 nəfərlik xilasedici və 52 nəfərlik tibb heyəti göndərilib.
Daha çox xəbər:

Azərbaycan XİN məlumat yaydı

İlham Əliyevin tapşırığına uyğun olraq növbəti yardım Türkıyəyə yola salınıb

Əli Əsədov: "Azərbaycan bu çətin məqamda Türkiyənin yanındadır"

Süleyman Soylu: “Suriyada Türkiyənin böyük şəhərləri üçün terror hazırlıqları görülür”

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verdi