Gündəm / Siyasət / Dünya
Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə qəbul edildi
Avropa Parlamenti Kiyevdə keçiriləcək sammitlə bağlı qətnamə qəbul edib.
Globalpress.az xəbər verir ki, qətnamədə Ukraynanın Aİ-nin vahid bazarına qoşulmasına imkan yaratmaq üçün növbəti addımları əks etdirən yol xəritəsinin dəstəkləməsi əks olunub.
Avropa Parlamentinin deputatları vurğulayırlar ki, üzvlük ləyaqətə əsaslanan prosesdir. Həmçinin, müvafiq prosedurlara riayət edilməsi, Aİ ilə bağlı islahatların və üzvlük meyarlarının həyata keçirilməsidir.
Qətnamədə həmçinin Aİ-yə üzv dövlətlər Kiyevə hərbi yardımı, xüsusən də silah-sursatla təminat, eləcə də zəruri siyasi, iqtisadi, infrastruktur, maliyyə və humanitar dəstəyi artırmağa və sürətləndirməyə çağırış edilib.
Daha çox xəbər:

Avropa Parlamenti İttifaq ölkələrinə sanksiyalarla bağlı çağırış etdi

Avropa Parlamenti İttifaq ölkələrinə sanksiyalarla bağlı çağırış etdi

Şarl Mişel: "Ukraynanın Aİ-yə üzvlük ərizəsinə tezliklə baxılacaq"

Ərdoğan: “Türkiyə Aİ-dən birliyə tam üzvlük üçün konkret addımlar gözləyir”

Aİ-dən Gürcüstana XƏBƏRDARLIQ: “Saakaşvili ölərsə, Aİ üzvlüyünü unudun”