Gündəm / İqtisadiyyat / Dünya
17:43, 11 Ocak 2023
0

Aİ-nin neft embarqosu səbəbindən Rusiya gündə 160 milyon avro itirir

[center]Aİ-nin neft embarqosu səbəbindən Rusiya gündə 160 milyon avro itirir[/center

Enerji və Təmiz Hava Tədqiqat Mərkəzinin (CREA) araşdırmasına görə, embarqo və qiymət həddi səbəbindən Rusiyanın yanacaq ixracından əldə etdiyi gəlir xeyli azalıb.


Globalpress.az Türk mətbuatına istinadən xəbər verir ki, sanksiyalar RF-nin xam neft gəlirlərinin 32 faiz azalmasına səbəb olub. Rusiya embarqo və qiymət tavanı nəticəsində gündə 160 milyon avro itirir. Gəlirlərinin azalmasına baxmayaraq, Rusiya ümumi yanacaq ixracından gündə 640 milyon avro qazanır.
Digər tərəfdən, fevralın 5-də Avropa İttifaqının Rusiyadan xam neft və neft məhsulları idxalına əlavə sanksiyalarının qüvvəyə minməsi ilə gündəlik itkilərin daha 120 milyon artaraq 280 milyon avroya çatacağı proqnozlaşdırılır.
CREA-nın hesablamalarına əsasən, qiymət həddinin 60 dollardan 25-35 dollara endirilməsi Rusiyanın neft ixracından əldə etdiyi gündəlik gəlirləri daha 100 milyon avro azaldacaq.
Digər xəbərlər: