Gündəm / Siyasət / Dünya
Litva Rusiya və Belarusun 85 milyon avrodan çox aktivlərini dondurur
Ukraynadakı müharibəyə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını həyata keçirən Litvanın Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti dondurulmuş Rusiya və Belarus aktivlərinin ümumi məbləğini açıqlayıb.
Globalpress.az ın məlumatına görə bu gün Litvanın daxili işlər naziri Aqne Bilotayte Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinin rəhbərliyi ilə görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, Rusiyaya qarşı sanksiyaların tətbiqi müzakirə edilib.
Hazırda Litvada beynəlxalq sanksiyaların həyata keçirilməsini təmin edən Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətidir. Onun məlumatına görə, dondurulmuş vəsaitin ümumi məbləği 85 milyon avrodan çoxdur:
Rusiyadan 9 hüquqi şəxs - 77 milyon avro;
Belarusdan 6 hüquqi və 1 fiziki şəxs - 9 milyon avro.
Daha çox xəbər: