Gündəm / Hadisə / Dünya
Rusiya ordusu BMT missiyasını ATƏŞƏ TUTDU
Rusiya qüvvələri Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasına atəş açıb.
Globalpress.az xəbər verir ki, bu barədə "Unian" agentliyi məlumat yayıb.
Hadisə Ukraynanın Zaporojye vilayəti ərazisində baş verib.
Bildirilib ki, missiya nümayəndələrinin ərazidə olduğu dövrdə atəş açılmaması barədə razılığın əldə olunmasına baxmayaraq, Rusiya qüvvələri humanitar yardım çatdıran BMT rəsmilərini atəşə tutub.
Xəsarət alan və ya həyatını itirənlərin olub-olmaması barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb
Daha çox xəbər:

Ukraynanın 4 separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalandı

Türkiyə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını pisləyib

Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır.

KTMT qüvvələri “DXR” və “LXR”ə göndərilə bilər?

Ukraynanın 4 vilayətində Rusiyaya birləşməklə bağlı “referendum” keçirilir