Gündəm / Siyasət / Hadisə
Ukraynanın 4 vilayətində Rusiyaya birləşməklə bağlı “referendum” keçirilir
Bu gün Ukraynanın Rusiyanın nəzarətində olan 4 vilayətində Rusiyaya birləşməklə bağlı “referendum” keçirilir.
Globalpress.az xəbər verir ki, səsvermənin keçiriləcəyi Donetsk, Luqansk, Xerson və Zaporoje vilayətləri Ukraynanın ərazisinin 15%-ni əhatə edir. Cümə günü başlayan “referendum” çərşənbə axşamınadək davam edəcək.
Qərb referendumu qeyri-legitim hesab etdiyini bəyan edib və bunun Rusiya tərəfindən Ukrayna ərazilərinin ilhaqında prekursor kimi istifadə edildiyini bildirib.
Rusiya isə bununla regionda yaşayan insanların öz baxışlarını ifadə etməsinə imkan verildiyini bəyan edib.
Ukrayna Rusiyanın bununla 2014-cü ildə Krımın ilhaqına bənzər addımlar atdığını, hər bir halda “referendum”un nəticəsinin nə Kiyev, nə də beynəlxalq tərəfdaşlar tərəfindən tanınmayacağını açıqlayıb.
“Referendum”un müharibənin eksalasiyası ilə nəticələnəcəyi gözlənilir.
Daha çox xəbər:

Ukrayna Prezident Ofisi: "Referendum keçiriləcək"

Yanvar faciəsinin təkrarlanmaması üçün..." - Tokayevdən referendum açıqlaması

Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır.

Qazaxıstanda referendum baş tutdu - YENİLƏNİB

Qərb qorxur: Kiyev qalib gəlsə, Rusiya çöksə...