Gündəm / Siyasət / Dünya
22:09, 30 Eylül 2022
0

Ukraynanın 4 separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalandı



Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb.


Globalpress.az Rusiya mətbuatına İstinadla xəbər verir ki, Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişlərə Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imza atıblar.

Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində keçirilən “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.
Digər xəbərlər: