Gündəm / Siyasət / Dünya
Kreml: Beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi üçün Azərbaycanın razılığı olmalıdır
Beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi üçün hər iki tərəfin – həm Ermənistanın, həm də Azərbaycanın razılığı olmalıdır.
Globalpress.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsinə dair ideyasına münasibət bildirərkən deyib.
“Hər iki tərəf razıdırsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Tərəflər isə tək Ermənistan yox, həm də Azərbaycandır”, - Peskov bəyan edib.
Kremlin sözçüsü Ermənistanın Rusiyanın yaxın müttəfiqi, Azərbaycanın isə çox dəyərli tərəfdaş olduğunu vurğulayıb.
Daha çox xəbər:

Rusiyadan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama

Kremldən ilk dəfə Qarabağdakı vəziyyətlə bağlı açıqlama: “Müharibədir”

Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov

“Liderlərin görüşü ola bilər“ - Peskov “Liderlərin görüşü ola bilər“ - Peskov

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov