Gündəm / Siyasət / Dünya
16:52, 20 Aralık 2022
0

Borrell İrana Rusiyaya hərbi dəstəyini dayandırması üçün xəbərdarlıq edib

Borrell İrana Rusiyaya hərbi dəstəyini dayandırması üçün xəbərdarlıq edib


Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İran xarici işlər naziri ilə görüşdə İranın Rusiyaya hərbi dəstəyinin dayandırılması barədə xəbərdarlıq edir.
Globalpress.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter" hesabında bildirib.


"İran-Avropa İttifaqı münasibətlərinin pisləşməsi fonunda İranın xarici işlər naziri ilə İordaniyada zəruri görüşümüz oldu. Rusiyaya hərbi dəstəyin və İranda daxili repressiyaların dərhal dayandırılmasının vacibliyini vurğuladım. Biz kommunikasiya kanallarını açıq saxlamaq və Vyana danışıqları əsasında Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası ilə bağlı razılaşdıq", Borrell qeyd edib.
Digər xəbərlər: