Gündəm / Cəmiyyət / Hadisə
Azərbaycan Edillidə tapılan kütləvi məzarlıqla bağlı Avropa Məhkəməsinə müraciət edib
Nəticə barədə danışmaq hələ tezdir...
"Azərbaycan Ermənistanın sentyabr ayında sərhəddə törətdiyi təxribatlar və işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib".
Globalpress.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov deyib.
O bildirib ki, nəticə barədə danışmaq hələ tezdir: "Amma müvafiq qurumlar məlumatlandırılıb".
Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılmışdı. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkarlanmışdı
Daha çox xəbər:

Xocavənddə daha bir ərazidə insan sümükləri AŞKARLANDI

Leyla Abdullayevadan Edillidə kütləvi məzarlıq aşkarlanması ilə bağlı paylaşım Siyasət

Leyla Abdullayevadan Edillidə kütləvi məzarlıq aşkarlanması ilə bağlı paylaşım Siyasət

Ombudsman Xocavənddəki kütləvi məzarlıqla bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi

Xocavənddəki kütləvi məzarlıqla bağlı Baş Prokurorluqdan AÇIQLAMA