Gündəm / Siyasət / Dünya
22:04, 30 Eylül 2022
0

Avropa Şurası: “Heç vaxt Rusiyanın keçirdiyi “referendum“ları tanımayacağıq”

Avropa Şurası: “Heç vaxt Rusiyanın keçirdiyi “referendum“ları tanımayacağıq”


Avropa Şurası Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendum"ları heç vaxt tanımayacaq”.


Globalpress.az xəbər verir ki, bu barədə Avropa Şurasının (AŞ) bəyanatında deyilir.

"Biz Rusiyanın Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daha da pozmaq üçün bəhanə kimi təşkil etdiyi qeyri-qanuni "referendum"ları, eləcə də onların saxtalaşdırılmış və qanunsuz nəticələrini tanımırıq və heç vaxt tanımayacağıq.

Biz bu qanunsuz ilhaqı heç vaxt tanımayacağıq. Bu qərarlar etibarsızdır və heç bir hüquqi qüvvəyə malik ola bilməz. Krım, Xerson, Zaporojye, Donetsk və Luqansk Ukraynadır. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları bu qeyri-qanuni ilhaqı birmənalı şəkildə rədd etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.

AŞ qeyd edir ki, Rusiyanın hərəkətlərinə qarşı olan məhdudlaşdırıcı tədbirləri, eləcə də ona qarşı təzyiqləri artıracaq.

“Avropa İttifaqı Ukraynanı tamamilə dəstəkləyir və nə qədər lazımdırsa Ukraynaya güclü iqtisadi, hərbi, sosial və maliyyə dəstəyi göstərməyə davam edəcək”, - deyə bəyanatda vurğulanır.
Digər xəbərlər: