Gündəm / Siyasət / Cəmiyyət
Ali Baş Komandan: "Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik"
Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik".
Globalpress.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciətində öz əksini tapıb.
"Əminəm ki, "ADEX-2022" sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına öz müsbət töhfəsini verəcəkdir", - dövlət başçısı bildirib.
Daha çox xəbər:

İlham Əliyev 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciət edib

Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür

Azərbaycan ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub - FOTO

İlham Əliyev şəhid xüsusi təyinatlıların xatirəsini yad edib