Gündəm / Cəmiyyət
Deputatlar Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdilər
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.
Pravda.az-a açıqlama verən Milli Məclisin deputatları Birinci vitse-prezidenti təbrik ediblər.
Milli Məclisin sədr müavini Adil Əliyev bildirib ki, Mehriban xanım Əliyeva istər ölkənin Birinci xanımı, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi ölkəmizdə həyata keçirilən xeyirxahlıq, sosial, mədəni, humanitar, idman layihələrinin əsas təşəbbüskarıdır:
"Beynəlxalq yarışlar, olimpiadalar, mədəni festivallar məhz Mehriban xanımın rəhbərlik etdiyi Təşkilat Komitələri tərəfindən ölkəmizdə ən yüksək səviyyədə təşkil edilir. Genişmiqyaslı fəaliyyətində şəhid ailələrini, qaziləri, aztəminatlı ailələri diqqət mərkəzində saxlayan Birinci vitse-prezident nəcibliyin, mərhəmətin, xeyirxahlığın simvoludur. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da qaldırılması istiqamətində uğurlu iş aparan, UNESCO VƏ İSESCO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyeva haqqında “Washington Times” qəzetində gedən məqalədə, Mehriban xanımı müsəlman qadınları üçün nümunəvi qadın obrazında səciyyələndirirlər. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, yorulmaz fəaliyyətində uğurlar arzu edirəm".
Parlamentin üzvü Məlahət İbrahimqızı deyib ki, Mehriban Əliyeva yüksək kürsülərdə və mötəbər təşkilatlarda Azərbaycan həqiqətlərini dünyaya çatdırır:
""Qarabağın, qaçqın və məcburi köçkünlərin "eşidilməyən səsi” olub, “Xocalıya Ədalət!” deyərək, ədalətsizliyi yox etdi. Hər bir layihəsində “Qarabağ Azərbaycandır!” dedi. İnsanları güc və zor dili ilə deyil, sevgi, hümanizm dili ilə ünsiyyətə dəvət etdi. Mədəniyyəti, məğrurluğu, dahiyanə təmkini və səbri ilə təcavüzkarı, işğalçını və qəsbkarı rüsvay etdi. Hansı işi görsə, ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi idi. 44 günlük Vətən müharibəsinin ən təhlükəli anlarında bütün səfərlərdə Müzəffər Ali Baş Komandana silahdaş və sirdaş oldu. Qalib Sərkərdənin Qalib Xatunu kimi düşmənə göz dağı oldu. Qürurlu görkəmi və əzəməti ilə dünya mediasında Azərbaycan qadınının portreti oldu. Müzəffər Xalqın Müzəffər Birinci Xanımı oldu. O, təkcə oğlunun anası deyil, zəfər qazanmış Ordumuzun hər bir əsgərinin də anası və duası oldu. Ürəyi onların ürəyi ilə bir vurdu, bir döyündü. Ana şəfqətilə qəhraman qazilərimizə məlhəm oldu. Şəhid anasının göz yaşı onun göz yaşı olub. Onun missiyası məcrasına sığmadı, tükənməz oldu. Qarabağın tarixi şöhrətinin yenidən bərpası üçün neçə-neçə möhtəşəm layihələr, Şuşada keçirilən beynəlxalq tədbirlər, bu tədbirlərdən dünyaya sülh çağırışları, “Xaribülbül” festivalları və daha nələr... Bu gün fəxrlə deyə bilərik ki, qalib dövlətin Müzəffər Birinci-vitse prezidenti yüksək işgüzarlıq və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən bütün vəzifələri layiqincə davam etdirir. Ömür-gün yoldaşı Müzəffər Ali Baş Kamandan, möhtərəm Prezidentimizlə gecəni gündüzə qataraq, Qarabağın dirçəlişi və tezliklə “Böyük Qayıdış”ın uğurla başa çatması üçün fədakarlıq göstərir. Fürsətdən istifadə edərək, əziz və möhtərəm Mehriban xanımı ümumxalq bayramına çevrilmiş doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, ailəsinə xoşbəxtlik və Azərbaycanımızın gələcəyi naminə həyata keçirdiyi müqəddəs missiyasında uğurlar arzulayıram. Əminik ki, onun nəcib əməli, xoş niyyəti, sonsuz Vətən sevgisi, xalqına xidməti müasir dövlətçilik tariximizin şanlı və şərəfli səhifələrinə və xalqımızın qan yaddaşına əbədi yazılacaq".
Milli Məclisin deputatı Nəsib Məhəməliyev də Mehriban Əliyevanı doğum günü münasibətilə ən xoş arzularla təbrik edib:
“Hörmətli Mehriban xanım UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti kimi səmərəli fəaliyyətləri ilə dünya çapında geniş nüfuz qazanıb, saysız-hesabsız humanitar layihələr həyata keçirib. Mehriban xanımın təşəbbüsləri ilə Azərbaycanla bir çox ölkələr arasında dostluq, əməkdaşlıq körpüləri qurulub. Bütün bunlar ölkəmizin beynəlxalq münasibətlər sistemində dostlarının sayının artması ilə nəticələnib və ən yüksək səviyyədə müasir Azərbaycan qadınının obrazını formalaşdırıb. Dövlət idarəetmə sistemində Mehriban xanımın Müzəffər Ali Baş Komandan İlham Əliyevə verdiyi dəstək, cəmiyyətin bütün sahələrində tutduğu mövqe, ələlxüsus apardığı sosial siyasət, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.
Milli Məclisin deputatı Kamilə Əliyevanın sözlərinə görə, Azərbaycan xalqı xoşbəxt xalqdır, çünki hər bir dönəmində, tarixində neçə-neçə layiqli övladları xalqının yolunda nur, mayak olub:
“Onlar həyatlarını xalqının, dövlətinin inkişafına və tərəqqisinə həsr ediblər. Azərbaycan xalqının belə layiqli övladlarından, Vətən sevdalılarından biri də Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevadır. Mehriban xanım əsl Azərbaycan qızı, xanımı, Azərbaycan anası, ziyalısı və siyasi xadimdir. Bütün bu yüksək keyfiyyətlər Mehriban xanımda cəmləşir. O, çox istedadlı, bacarıqlı, yorulmaz bir xanımdır. Mehriban Əliyeva eyni zamanda qalib Azərbaycanın, qalib Müzəffər Ali Baş Komandanın, ölkə Prezidentimiz cənab İlham Əliyevin ən yaxın, ən sadiq silahdaşıdır. Onların hər ikisi çiyin-çiyinə addımlayır. Hər addımları ilə, demək olar ki, tarix yazırlar. Mehriban xanım hər zaman Azərbaycan xalqının yanında olub, bu gün də yanındadır. O, dünyanın mərhəmət, şəfqət simvoludur. Bütün təbriklərə qoşuluram. Azərbaycan xalqının, sevimlisi, əzizi, xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanımı doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı, ailə səadəti, fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.
Milli Məclisin deputatı Aqil Məmmədov da Mehriban Əliyevanın misilsiz fəaliyyətindən söz açıb:
“Azərbaycan xalqının milli mədəniyyətinin öyrənilməsi, bərpası, dünyada tanıdılmasında, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsində, ölkəmizdə qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsində Mehriban xanım Əliyevanın fəaliyyəti misilsizdir. Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, ölkəmiz üçün çoxşaxəli fəaliyyətində uğurlar arzulayıram!”
Milli Məclisin deputatı Cavid Osmanov isə belə deyib:
“Birinci vitse-prezident, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban Əliyevanın timsalında Azərbaycan qadınlarının müasir dövrümüzdə dövlət idarəçiliyində və ümumən cəmiyyətdə gedən proseslərdə iştirak səviyyəsi daha aydın görünür. Başqa cür desək, Mehriban Əliyevanın gördüyü işlərin nəticəsində Azərbaycan qadınının həm də işgüzarlığı, yüksək intellekti, dövlətimizə və xalqımıza uğurlu xidmətinin nümunəsi daha mükəmməl şəkildə təqdim olunur. Mehriban xanımın fəaliyyət sferası çoxşaxəlidir, amma hansı sahədə olmasına baxmayaraq, ölkəmizin birinci xanımı dövlətə layiqli xidmətin ən gözəl örnəyini yaradıb. Hər bir təşəbbüsündə, layihə və proqramında Azərbaycanın, xalqımızın adını ucaldıb, Azərbaycan qadınının işgüzarlığının və fəallığının ən mükəmməl obrazını nümayiş etdirib. Mehriban Əliyeva həm də təmsil olunduğum Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavinidir. Onun həyata keçirdiyi bu vəzifə YAP-ın inkişafında və cəmiyyətdəki nüfuzunun daha da artmasında mühüm rol oynayan amillər sırasında yer alır. Koronavirus pandemiyasının ən gərgin günlərində də xalqımız Mehriban Əliyevanın problemə həssas münasibətini gördü. Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən xeyriyyəçilik minlərlə ailəyə, ahıl insanlara böyük maddi və mənəvi dəstək oldu. 44 günlük Vətən Müharibəsində isə Mehriban Əliyevanın döyüşlərdə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi xalqımızın dərin rəğbəti ilə qarşılandı. Vətən Müharibəsindən sonra Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurdakı tarixi və milli abidələrimizin bərpası ilə bağlı həyata keçirdiyi layihələr isə bir daha Mehriban Əliyevanın Vətən sevgisinin ifadəsidir. Ən yüksək keyfiyyətlərə malik olan və hər bir sahədə əsl peşəkarlıq ortaya qoyan Birinci vitse-prezident Mehriban Əliyeva bundan sonra da dövlətimizin yüksəlişi üçün bütün imkanlarını səfərbər edəcək, Prezident İlham Əliyevin inkişaf siyasətinə davamlı töhfələr verəcək”.
Daha çox xəbər:

Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Yaxın Şərqin onlarla nəşri Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə məqalələr həsr edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər

Mehriban Əliyeva Qəbələ səfərindən paylaşım edib - FOTO