Gündəm / Cəmiyyət / Təhsil
12:29, 21 Ağustos 2022
0

Valideynlərə ŞAD XƏBƏR: Ucuz məktəbli yarmarkaları açıldı

Valideynlərə ŞAD XƏBƏR: Ucuz məktəbli yarmarkaları açıldı


Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.

Globalpress.az xəbər verir ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb.

Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.

Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.

Yarmarkada qiymətlər belə dəyişir:

Qələm: 10 qəpikdən – 60 qəpiyə qədər.

Dəftər: 20 qəpikdən – 90 qəpiyə qədər.

Pozan: 20 qəpikdən – 70 qəpiyə qədər.

Su qabı: 7 manatdan – 15 manatadək.

Çanta: 12 manatdan – 40 manatadək.

Digər xəbərlər: