Gündəm / İqtisadiyyat / Sosial
Çörəyin qiymətilə bağlı monitorinqlərə başlanıldı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında monitorinqlər aparır.
Bu barədə Globalpress - a qurumdan məlumat verilib.
Bildirilib ki, hazırda dünyada baş verən iqtisadi proseslər, ərzaqlıq buğdanın əsas istehsalçısı və ixracatçısı olan Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişənin yaratdığı problemlər, tədarük riskləri, ərzaqlıq buğda ixracında məhdudiyyətlər, dünya bazarında ərzaqlıq buğdaya tələbin yüksəlməsi qiymət artımına səbəb olub. Bu və digər amillər Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib. Hazırda daxili bazarda unun və nəticə etibarilə, çörəyin qiymətində artım müşahidə olunur.
"Azərbaycanda ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır. “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, dünya ərzaq bazarında qiymətlərin artımı fonunda ölkəmizdə un və çörəyin qiymətlərində manipulyasiyalara yol verilməməsi üçün Dövlət Xidməti qanuna müvafiq tədbirlər həyata keçirir, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır.
Dövlət Xidmətinin rəsmi internet saytında un istehsalçılarının topdansatış mərkəzləri, həmçinin məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatlar yerləşdirilib və mütəmadi olaraq yenilənir", - deyə məlumatda qeyd olunub.
Daha çox xəbər:

Çörəyin bahalaşması ilə bağlı AÇIQLAMA

Ərzaqlıq buğda ilə bağlı yeni xəbər

Azərbaycanda çörək və benzinin qiyməti bahalaşacaqmı? - Açıqlama

Nazirlər Kabinetindən buğdanın qiyməti ilə bağlı qərar

Buğda ilə bağlı Fərmanın icrasına başlanıldı 25 İyul 2022 15:46Baxış: 325 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter