Gündəm / İqtisadiyyat / Cəmiyyət
Ərzaqlıq buğda ilə bağlı yeni xəbər
Dünya bazarında və regionda taxılın tədarükündə yaranan çətinliklər nəzərə alınmaqla, ərzaqlıq buğda təchizatının dayanıqlılığının təmin edilməsi məqsədilə Azərbaycanda tədarük olunan buğdanın keyfiyyət göstəriciləri “Taxıl və taxıl məhsulları” və “Qida məhsullarının keyfiyyəti və texnologiyası” Texniki komitələrinin növbədənkənar onlayn iclasında müzakirə edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, qurumun tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin, həmçinin Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə keçirilən iclasda tədarük olunan taxılın keyfiyyət göstəricilərinə dair tələblər təhlil olunub.
İclasda “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartına dəyişikliklərin edilməsi qərara alınıb.
Qeyd edək ki, dövlət standartında edilən dəyişikliklər ölkəyə idxal olunan ərzaqlıq buğdanın seçim imkanlarının və tədarük potensialının genişləndirilməsinə şərait yaradacaq.
Daha çox xəbər:

Nazirlər Kabinetindən buğdanın qiyməti ilə bağlı qərar

Buğda ilə bağlı Fərmanın icrasına başlanıldı 25 İyul 2022 15:46Baxış: 325 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter

Əli Əsədov qiymət artımı ilə bağlı TAPŞIRIQ VERDİ

Kəmaləddin Heydərov özünə yeni köməkçi təyin etdi

Buğda qıtlaşır və qiyməti artır: Azərbaycan nə edəcək?