Gündəm / İqtisadiyyat / Cəmiyyət
Nazirlər Kabinetindən buğdanın qiyməti ilə bağlı qərar
Azərbaycan Respublikası Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli Fərmanının icrası istiqamətində işlər davam etdirilir.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Fərmanın 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış təklifinə əsasən Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam qəbul edilib.
Həmin Sərəncamla ərzaqlıq buğdanın istehsal xərcləri (maya dəyəri) və istehsalçının mümkün qazancı nəzərə alınmaqla, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580,0 (beş yüz səksən) manat müəyyən edilib.
Daha çox xəbər:

Buğda ilə bağlı Fərmanın icrasına başlanıldı 25 İyul 2022 15:46Baxış: 325 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter

Əli Əsədov qiymət artımı ilə bağlı TAPŞIRIQ VERDİ

Buğda qıtlaşır və qiyməti artır: Azərbaycan nə edəcək?

Nazirlər Kabinetindən toylarla bağlı QƏRAR

Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi