Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlandı
V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək.
Globalpress.az “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə liderlərinin görüş zamanı Ermənistanın Qarabağda törətdiyi son təxribatları və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatını ətraflı şəkildə müzakirə edəcəkləri gözlənilir.
Həmçinin,Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, enerji təhlükəsizliyi və digər vacib məsələlərin dövlət başçıları tərəfindən müzakirə olunacağı bildirilir.
Daha çox xəbər:

Türkiyə və İsrail prezidentlərinin görüşü başlayıb - YENİLƏNİB

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Ərdoğanın sözçüsü ABŞ dövlət katibinin müavini ilə Qarabağı müzakirə etdi

Azərbaycan və Türkiyə liderləri Ermənistanla əlaqələrin normallaşdırılmasını müzakirə ediblər

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib