Gündəm / Siyasət / Cəmiyyət
İlham Əliyev: Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər
Hakimiyyət təmizlənir və insanlar da bunu görür
Globalpress.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır
Daha çox xəbər:

Buzovna qayalarını zəbt edənlərin siyahısı Prezidentə təqdim edildi Buzovna qayalarını zəbt edənlərin siyahısı Prezidentə təqdim edildi

Hansısa dövlət məmuru əgər vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq"

İlham Əliyev Ağsuya yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

İlham Əliyev: Heç kim qanundan üstün ola bilməz 25 İyul 2022 15:26Baxış: 309 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter

"Kasıb insanların malına göz dikmişdilər" - Prezident həbs olunan icra başçılarından danışdı