Gündəm / İqtisadiyyat / Cəmiyyət
Buzovna qayalarını zəbt edənlərin siyahısı Prezidentə təqdim edildi Buzovna qayalarını zəbt edənlərin siyahısı Prezidentə təqdim edildi
Bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var".
Globalpress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.
“Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər”, - deyə Prezident İlham Əliyev əlavə edib
Daha çox xəbər:

İlham Əliyev: Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər

Hansısa dövlət məmuru əgər vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq"

İlham Əliyev: Heç kim qanundan üstün ola bilməz 25 İyul 2022 15:26Baxış: 309 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter

Dəniz sahilindəki qanunsuz tikililər sökülür

İlham Əliyev Ağsuya yeni icra başçısı təyin etdi - SƏRƏNCAM