Gündəm / Siyasət / Cəmiyyət
İlham Əliyev: Heç kim qanundan üstün ola bilməz 25 İyul 2022 15:26Baxış: 309 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter
İnfrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın
Globalpress.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı, eyni zamanda, işsizliklə bağlı mübarizədə də ciddi addımların atıldığını, ödənişli sosial işlərin yaradılmasının da geniş vüsət aldığını vurğulayıb. Hər rayon üzrə kvotanın olduğunu vurğulayan Prezident İlham Əliyev bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanların işlərə cəlb olunmadığını, əksinə, onlara çatacaq vəsaitin rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənildiyini qeyd edərək deyib: "Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır".
Daha çox xəbər:

İlham Əliyev: Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər

Azneft dairəsi 8 gün bağlı olacaq 31 May 2022 12:24Baxış: 1 005 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter

Sərhədin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI - SƏRƏNCAM 23 May 2022 19:03Baxış: 1 891 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter

Hansısa dövlət məmuru əgər vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq"

İdmançımız erməniyə qalib gəldi 13 Mart 2022 14:300 Şərh Baxış: 592 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter