Gündəm / İdman
İdmançımız erməniyə qalib gəldi 13 Mart 2022 14:300 Şərh Baxış: 592 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter
Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.
Globalpress.Az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyasından bildirilib.
Məlumata əsasən, 57 kiloqram çəki dərəcəsindəki çıxış edən təmsilçimiz döyüşdə erməni əsilli Gürcüstan idmançısı Gela Xojeliana qalib gəlib.
Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO Avropa birinciliyinin qalibi, böyüklər arasında dünya çempionatının gümüş medalçısıdır.