Gündəm / Cəmiyyət / İdman
16:10, 23 Temmuz 2022
0

“Fənərbaxça”dan “Napoli”yə 20 milyonluq transfer

“Fənərbaxça”dan “Napoli”yə 20 milyonluq transfer


“Fənərbaxça”nin müdafiəçisi Kim Jin Mae İtaliyanın “Napoli” klubu ilə anlaşıb.

Globalpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu ona təklif olunan illik 2,8 milyon avroluq qazanc təklifini qəbul edib. “Napoli” stopperin transferi üçün “Fənərbaxça”ya 20 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Müdafiəçinin tibbi müayinədən keçmək üçün 48 saat ərzində İtaliyaya gedəcəyi qeyd edilir. Gələn həftə isə onun yeni komandası ilə məşqlərə başlayacağı gözlənilir.

Kim Min Jae ötən il 3 milyon avroya “Beijing Guoan”dan “Fənərbaxça”ya transfer olunub.
Digər xəbərlər: