Gündəm / Siyasət / Dünya
İsrail parlamenti özünü buraxdı
Bu gün İsrail Knesseti (parlament) özünün buraxılması haqqında qərar qəbul edib.
Globalpress.az verir ki, parlament telekanalı iclasın gedişini birbaşa yayımlayıb
Deputatlar qanun layihəsini ikinci və üçüncü oxunuşda müzakirə ediblər. Sənədin qəbul edilməsindən sonra 24-cü çağırış Knessetin buraxılması elan olunub, Baş nazir postu isə koalisiya razılaşmasına müvafiq olaraq Naftali Bennetdən xarici işlər naziri Yair Lapidə keçib.
Qeyd edək ki, XİN başçısı noyabrın 1-nə planlaşdırılan yeni parlament seçkilərinə qədər hökumətə rəhbərlik edəcək.