Gündəm / Siyasət / Dünya
Tokayev Peterburqdakı çıxışına görə HƏDƏLƏNDİ - "Bu, Putinə meydan oxumaq kimi görünürdü”
Tokayev Peterburqdakı çıxışına görə HƏDƏLƏNDİ - "Bu, Putinə meydan oxumaq kimi görünürdü”
Tokayev Rusiyanın “Aleksandr Nevski” ordeni ilə təltif olunmaqdan da imtina edib.
Peterburq İqtisadi Forumunda “Donetsk və Luqansk Xalq Respublikalarını” açıq şəkildə tanımaqdan imtina edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hədəfə gəlib. Yada salaq ki, bir gün əvvəl Tokayev Vladimir Putinin çıxış etdiyi tədbirdə fəxri qonaq kürsüsündə olub və o da Rusiya prezidentindən sonra nitq söyləyib. Çıxışlar bitdikdən sonra moderatorluq edən Marqaretta Simonyan hər iki prezidentə ən aktual mövzularda suallar ünvanlayıb.
Tokayev sualların birinə cavab olaraq, bəzi məsələlərdə Rusiya ilə fikir ayrılıqlarının olduğunu etiraf edib və buna misal olaraq Qazaxıstanın Ukraynadan “müstəqiliyini” elan etmiş “DXR və LXR”i tanımadıqlarını deyib, onları “kvazi-dövlət” adlandırıb: “Müasir beynəlxalq hüquq BMT nizamnaməsidir. Nizamnamədə iki əsas prinsip var, hansı ki, müasir dövrdə bu iki prinsip bir-birinə ziddiyyətə gəlib çıxıb. Bunlar dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının yaradıcılarının ataları görünür həmin vaxt bu məqamı nəzərə almayıblar. Mümkündür ki, bunu bilərəkdən güzəşt kimi nizamnaməyə daxil ediblər. Əlbəttə ki, bu prinsiplər nə qədər bir-birinə zidd olsalar da, bununla bağlı fərqli anlayışlar mövcuddur. Bir kateqoriya deyir ki, dövlətlərin ərazi bütövlüyü müqəddəsdir. Digər kateqoriya düşünür ki, bu və ya digər dövlətin ərazisində olan hər hansı xalq öz müqəddəratını təyin etmə hüququna malikdir, daxil olduğu dövlətin tərkibindən çıxmaq hüququna malikdir. Əgər xalqların öz müqəddəratının təyin etmə prinsipi reallıqda Yer kürəsində həyata keçirilsə, hazırda BMT-yə daxil olan 193 dövlətin yerinə dünyada 500-600-dən çox dövlət yaranar. Əlbəttə ki, bu xaos olacaq. Ona görə də, bu prinsiplə biz nə Tayvanı, nə Kosovonı, nə Abxaziyanı, nə də Cənubi Osetiyanı tanımırıq. Görünür ki, bu prinsip Luqansk və Donetsk kvazi dövlətlərinə də tətbiq olunacaq. Bu da sizin açıq sualınıza açıq cavab”.
Daha çox xəbər:

Yanvar faciəsinin təkrarlanmaması üçün..." - Tokayevdən referendum açıqlaması

Qazaxıstanda matəm elan olunub

Deputat: “Qazaxıstanın çökməsini istəyən qüvvələrin maraqlarını görürük”

KTMT qüvvələri “DXR” və “LXR”ə göndərilə bilər?

Qazaxıstanda ölkədən qanunsuz çıxarılan pulların qaytarılması üçün komissiya YARADILDI