Gündəm / Siyasət / Cəmiyyət
16:24, 12 May 2022
0

Putin: "Məsuliyyət dünyanı qurban verməyə hazır olan Qərbin üzərində olacaq"

Putin: "Məsuliyyət dünyanı qurban verməyə hazır olan Qərbin üzərində olacaq"


"Qərbin Rusiyaya qarşı sanksiyaları daha çox o sanksiyaları tətbiq edən ölkələrə zərər vurur, həmçinin, qlobal böhran doğurur".

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı iclasda deyib.

Putin sanksiyalara görə, ayrı-ayrı Avropa ölkələrində inflyasiyanın 20%, avrozona üçün isə ümumilikdə 11% artdığını qeyd edib: “Rusiyaya qarşı sanksiyaların qlobal nəticələri, o cümlədən bəzi ölkələrdə aclığın baş verməsi dominantlıq naminə qalan dünyanı qurban verməyə hazır olan Qərbin üzərində olacaq”.

Rusiya lideri ölkəsinin sanksiyaların təsirindən uğurla çıxacağını bəyan edib.
Digər xəbərlər: