Gündəm / Cəmiyyət
BİHK hüquq-mühafizə orqanlarını jurnalistə qarşı hücumu obyektiv şəkildə araşdırmağa çağırır
Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi (BİHK) 08 may 2022-ci il tarixdə axşam saatlarında jurnalist Aytən Məmmədovaya qarşı yaşadığı binada hücumdan narahatlığını ifadə edir.
Jurnalistin yaşadığı binanın liftində naməlum şəxs tərəfindən bıçaq istifadə edilməklə fiziki zorakılığa məruz qalması və peşə fəaliyyəti ilə əlaqədar hədələnməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq obyektiv, tam və hərtərəfli şəkildə araşdırılmalı, təqsirkar şəxs və ya şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Araşdırma yalnız fiziki qəsdlə məhdudlaşmamalı, jurnalistin hədələnmə səbəbləri və işin motivi müəyyən edilməlidir.
BİHK ölkənin hüquq-mühafizə orqanlarını məsələyə diqqətlə yanaşmağa və işin açılmasını təmin etməyə çağırır.
Qeyd edək ki, bu gün səhər polis Məmmədovadan hadisə ilə bağlı ifadə alıb.

Daha çox xəbər:

"Jurnalist Aytən Məmmədova ilə bağlı insident hüquqi qiymətini almalıdır"

DİN: "Jurnalist Aytən Məmmədovaya hücum araşdırılır"

MEDİA: Aytən Məmmədova ilə bağlı məsələ diqqətdə saxlanılır

Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT

Əhməd İsmayılov jurnalist Aytən Məmmədova ilə bağlı məsələyə münasibət bildirdi