Gündəm / Siyasət / Dünya
Kreml Delyaginin Azərbaycana qarşı təhdidlərinə MÜNASİBƏT BİLDİRDİ
Kreml Delyaginin Azərbaycana qarşı təhdidlərinə MÜNASİBƏT BİLDİRDİ
Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycana qarşı təhdidlərinə Kremldən cavab gəlib.
Globalspress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O, Mixail Delyaqini emosiyalarını cilovlamağa və Azərbaycana qarşı qeyri-dost bəyanatlar verməkdən çəkinməyə çağırıb. Peskov qeyd edib ki, əks halda ona qarşı tədbirlər görüləcək.
“Daha çox şəxsi emosiyalar müstəvisində olan bir ifadədir. Biz bu emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə bu cür ifadələrdən çəkinməyə çağırırıq. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına daxildir”, – deyə Peskov bildirib.
Xatırladaq ki, ötən gün Dövlət Dumasının deputatı Mixail Delyagin “Rossiya 24” kanalında “60 dəqiqə” verilişinin efirində “sözə baxmayan” Azərbaycanı cəzalandırmağa çağırıb.
Daha çox xəbər:

Sergey Markovdan Delyaginin "Azərbaycanı bombalayaq" bəyanatına SƏRT REAKSİYA

Zelenskinin Krım və Donbas təklifinə Kremldən cavab

Kremldən ilk dəfə Qarabağdakı vəziyyətlə bağlı açıqlama: “Müharibədir”

Putinin mətbuat katibi də koronavirusa YOLUXUB

Rusiyadan nüvə silahı AÇIQLAMASI: "Bu halda istifadə edəcəyik"