Gündəm / Siyasət / Dünya
10:20, 11 Haziran 2025
0

Avropa Şurasının Baş katibi Ermənistandadır

Avropa Şurasının  Baş katibi  Ermənistandadır


Avropa Şurasının Baş katibi Alen Berse Ermənistanda səfərdədir.
Globalpress.az- ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, ikigünlük səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlər nəzərdə tutulub.

A.Berse, həmçinin ölkə prezidenti Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan və ədliyyə naziri Sbrui Qalyanla danışıqlar aparacaq.

Daha əvvəl Avropa Şurasının məlumatında qeyd edilmişdi ki, görüşlər zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi və regional sabitliklə bağlı məsələlər müzakirə olunacaq
Digər xəbərlər: