Gündəm / İqtisadiyyat
Azərbaycan Hindistan şirkətlərini azad edilmiş ərazilərdə əməkdaşlığa cəlb etməyi planlaşdırır - Nazir müavini
Azərbaycan Hindistan şirkətlərini azad edilmiş ərazilərdə əməkdaşlığa cəlb etməyi planlaşdırır - Nazir müavini
Azərbaycan Hindistan şirkətlərini işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığa cəlb etməyi planlaşdırır
Globalpress.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Hindistan məhsullarının ticarət sərgisində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
"Biz Hindistan şirkətlərini işğaldan azad edilmiş Azərbaycan torpaqlarında görmək istəyirik", - F.Əliyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Hindistanla yeni sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
"Biz artıq sosial, iqtisadi, ekoloji sahələrdə əməkdaşlıq edirik. Biz həmçinin yeni sahələrdə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik", - nazir müavini deyib.
Daha çox xəbər:

Prezident azad edilmiş ərazilərdə bayrağımızı ucaltdı - Video

Prezidentin işğaldan azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsi haqqında FƏRMANI

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı AÇIQLANDI

Nazir: “Azad edilmiş ərazilərimizdə 167 mineral su yatağı aşkarlanıb”

Azad edilmiş ərazilərdə xidmət edən hərbçilərin maaşlarına əlavələr veriləcək - SƏRƏNCAM