Gündəm / Cəmiyyət
TOYLARLA BAĞLI QƏRAR DƏYİŞDİ
Toylarla bağlı “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək tələbi yenidən aktivləşib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları - mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.
Qeyd edək ki, toylara qoyulan say limitinin ləğv edilməsindən sonra açıqlanan məlumatda qeydiyyatdan keçmək tələbinin də ləğv edildiyi bildirilmişdi.
Daha çox xəbər:

Ölkə ərazisində qaydaları pozaraq məclis təşkil edən şəxslər cərimələnib

190 manat almaq üçün yenidən qeydiyyatdan keçmək mümkün olacaqmı? – Nazirlikdən VACİB AÇIQLAMA

SON DƏQİQƏ! Xüsusi karantin rejimində nəqliyyat vasitəsindən istifadə ilə bağlı DİN-dən RƏSMİ AÇIQLAMA

Goranboyda şadlıq evi sahibi cərimələndi

Karantin qaydalarını pozan şadlıq sarayları aşkarlandı: İki nəfər barəsində cinayət işi başlanıldı