Gündəm / Cəmiyyət
“Bütün bu qanunsuzluqlar bələdiyyələrin, sahə müvəkkillərinin gözü qarşısında baş verir...”
“Enerji içkiləriylə bağlı həm qanunvericilik, həm də praktik istiqamətdə Azərbaycanda çox ciddi dəyişiklik gedir. Çox yaxşı haldır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin tərkibində olan öyrəşdirici maddələrin azaldılması barədə standart tətbiq etdi və ona enerji içkisi istehsalçıları da əməl etməyə başladılar”
Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:
“Lakin məndə olan məlumata görə xaricdən gətirilən bəzi enerji içkilərinin içərisində AQTA-nın tələbləri yerinə yetirilmir. Enerji içkisinin öz etiketində hər şey yazılıb, yəni göstərilir ki, bu azyaşlılara, hamilə qadınlara, xəstələrə ziyandır. Bəs məntiq hardadır ki, xəstəyə ziyan olan şey sağlam insana kömək edə bilər. Bu sahədə ciddi dəyişikliklər gedir.
Bununla yanaşı, tütün məmulatları haqqında qanun 10 ildən çoxdur ki, qəbul olunub və dəfələrlə dəyişiklik aparılıb, sərtləşdirilsə də, Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, marketlərə girəndə tütünün açıq reklamı qarşına çıxır. Biz həmişə təklif etmişik ki, ən azı bu sahədə Rusiya təcrübəsi olmalıdır. Siqaretlərin üstü örtülməlidir, 18 yaşdan kiçik uşaqlara satışının qadağan olunması üstünə yazılmalıdır. Çox təəssüflər olsun ki, bu məsələ həll olunmayıb və marketin girəcəyində tütünün reklamı gedir. Bu isə yolverilməzdir. Bundan əlavə tütünün tək-tək satışı həyata keçirilir. Amma hansı ki, bu da qadağandır. Təhsil, sağlamlıq müəssisəsi yaxınlığında satışı qadağan olunsa da, bu satılır. Ölkədə külli-miqdarda qaçaqmal tütün məmulatları da var. Hələ bu azmış kimi Şəkidə ən təhlükəli tütün məmulatları istehsal edən firma da beş ilə yaxındır ki, fəaliyyət göstərir. Düşünürəm ki, ciddi tədbirlər görülməlidir, insanlar məişət narkomaniyasından uzaq olmalıdır. Azad İstehlakçılar Birliyi mümkün olanları edəcək ki, insanlar bu bədbəxt alışqanlıqdan uzaq olsunlar və üstəlik bu qədər də təhlükəli qəlyanlar, elektron siqaretlərin istifadəsi də yolverilməzdir. İnsanlar bundan uzaq olmalıdır. Çox təəssüflər olsun ki, bütün bu qanunsuzluqlar, qanunun pozulması bələdiyyələrin, ictimai xadimlərin, sahə müvəkkillərinin gözü qarşısında baş verir. Bu gün qəzet köçkləri artıq tütün satma yerinə çevrilib”.
Qeyd edək ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri cərimə olunublar.
Daha çox xəbər:

Enerji içkiləri verilişə sponsorluq edə bilməz

Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanları enerji içkilərini qəbul etməməyə çağırıb

“Qida məhsullarının qablaşdırlmasında ciddi problemlər var”

"Azərbaycan dilində etiketlənməsi olmayan qida məhsullarının satışı qadağandır" - AQTA

Prezident: “Ermənistan tərəfdən 25 ildən çox davam edən işğal nəticəsində hər şey dağıdılıb”