Gündəm / Cəmiyyət / İqtisadiyyat
Enerji içkiləri verilişə sponsorluq edə bilməz

İdman verilişlərində enerji içkilərinin reklam edilməsi yolverilməzdir. Alkoqol və siqaretin efirdə reklamı qadağan olduğu kimi enerji içkisi verilişə sponsorluq edə bilməz.
Globalpress.az- ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.
"Bununla insan sağlamlığı üçün təhlükəli olan məhsulun təbliğinə şərait yaratmış oluruq. Bəzən diyetoloqlar da insanlara yalnış və qeyri-sağlam pəhriz növləri təqdim edir. Sağlam qidalanmanın təşviqi ilə bağlı xüsusi layihəmiz olacaq. Əhaliyə sağlam qidalanmanın necə olması təqdim ediləcək. Müşahidə etdiklərimiz odur ki, əhalinin, xüsusilə də böyüməkdə olan gənc nəsil sağlam olmayan qidalara daha çox üstünlük verir", - o, bildirib
Daha çox xəbər:

“Bütün bu qanunsuzluqlar bələdiyyələrin, sahə müvəkkillərinin gözü qarşısında baş verir...”

Bu gün Ümumdünya Sağlam Qidalanma Günüdür

Yanvarın 1-dən qida məhsullarının etiketlənməsi ilə bağlı yeni tələblər qüvvəyə minəcək

Məhsulların üzərində “müalicəvi” yazmaq qadağandır -

Azərbaycanda sərhəddə qida təhlükəsizliyi məntəqələri yaradılır